• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Hansı ölkələrə vaksin pasportu olmadan getmək mümkündür?

10-06-2022, 09:38 | Baxılıb: 8
“Hansı ölkələrə vaksin pasportu olmadan getmək mümkündür?

Pandemiya ilə əlaqədar bir çox ölkələrə giriş zamanı tətbiq olunan məhdudiyyət və tələblərin aradan qaldırıldığı müşahidə edilir.
Bu barədə “Report”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Müsahibimiz bəzi Avropa ölkələrinə giriş üçün vaksin pasportunun tələb edilmədiyini bildirib:
“Artıq turizm sektorunun reabilitasiya dövrü başlayıb. Kütləvi vaksinasiyalardan sonra reyslərin açılması ilə bağlı ölkələrə giriş qaydalarında müəyyən güzəştlər edilib. Fransa, Almaniya, İtaliya, İspaniya istisna olmaqla digər Avropa ölkələri ÜST-ün qeydiyyatından keçmiş bütün vaksin pasportlarını qəbul edir və onunla turistlərin sərbəst səyahət etməsinə icazə verir. Avropada gündəlik olaraq karantin qadağaları aradan qaldırılır və qaydalar yenilənir. Macarıstan və Litva artıq turistlərdən vaksin və ya PCR testi tələb etmir. Almaniyada hazırda yeni qaydalar üzərində işlənilir və yaxın günlərdə bütün qadağaları aradan qaldıracaq. Hər gün Avropa ölkələrində pandemiya ilə bağlı yüngülləşmə prosesi gedir. Buna baxmayaraq Avropa ölkələrinə girişdə viza məsələlərində problem yaranır. Şengen ölkələrinə gedərkən sərhəddə vaksin pasportu tələb edilməsə də, viza proseduru zamanı sənədlər arasında vaksin pasportu da tələb olunur”.
R.Quliyev şərq ölkələrinə girişlə bağlı tətbiq olunan qadağalardan da danışıb:
“Birləşmiş Ərəb Əmirliklərinə giriş üçün vaksin pasportu olanlardan PCR test tələb edilmir. Körfəz ölkələrinin əksəriyyətində, İran, İordaniya, İndoneziya, Malayziya kimi dövlətlərdə sərhəddən keçid zamanı vaksin pasportu olanlarda PCR testi istənilmir. Amma vaksin pasportu olmayanlar PCR testi verməlidir. Orta Asiya ölkələrinə giriş zamanı da vaksin pasportu yoxdursa, 72 saat müddəti olan PCR testi istənilir”.


8

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Planetlərin paradı olub
Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişib
Ukrayna Rusiyanı Avropa Məhkəməsinə veribs
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Planetlərin paradı olub

Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb

Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Yol hərəkəti qaydalarına əməl etməyən əcnəbilərin sürücülük hüququ məhdudlaşdırılacaq

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

Azərbaycanın əsas müəllifi olduğu qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb

DTX rəisi BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.