• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Azərbaycanda otellərin gəliri 16% azalıb

25-04-2020, 00:59 | Baxılıb: 60
“Azərbaycanda otellərin gəliri 16% azalıb

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərıb. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində azalma qeydə alınıb.
“Sonxebertv.info” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13% azalaraq 474,6 min olub. Azalmaya əsas səbəb koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar cari ilin mart ayında gecələmələrin sayında baş vermiş kəskin azalma olub. Belə ki, mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb.
Bu ilin birinci rübündə mehmanxanalarda keçirilmiş gecələmələrin 55,4%-i Bakıda, 9,8%-i Qusarda, 8,4%-i Qəbələdə, 5,1%-i Naftalanda, 4,6%-i Qubada, 3,8%-i Naxçıvan MR-da, 2%-i Lənkəranda, 1,7%-i Şabranda, 1%-i Mingəçevirdə, 0,8%-i Gəncədə və 7,4%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7% azalaraq 314,9 min olub ki, bu da ümumi gecələmələrin 66,4%-ni təşkil edir. Gecələmələrin 15,9%-i Rusiya Federasiyası, 12%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,8%-i Səudiyyə Ərəbistanı, 7,1%-i Türkiyə, 6,7%-i Hindistan, 5,3%-i Küveyt, 4%-i Böyük Britaniya, 3,6%-i İran, 3,2%-i İsrail, 2,3%-i ABŞ, 1,9%-i Qətər, 1,8%-i İraq, 1,7%-i Pakistan, 1,6%-i Qazaxıstan, 1,4%-i Almaniya, 1,0%-i İtaliya, 0,9%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 73,4%-i Bakıda, 7,8%-i Qusarda, 5,2%-i Qəbələdə, 4,9%-i Naftalanda, 4%-i Naxçıvan Muxtar Respublikasında, 2,5%-i Qubada, 2,2%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,7% azalaraq 159,7 min olub.
Bu ilin I rübündə mehmanxanaların gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 60 milyon manat olub ki, onun da 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Cari ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 12,2% səviyyəsində olub(2019-cu ilin yanvar-mart aylarında 15,7%). Bu göstərici Naftalanda 43,4%, Beyləqanda 27,2%, Qusarda 26,9%, Şabranda 25,6%, Qəbələdə 18,7%, Cəlilabadda 18,4%, Qubada 18,3%, Bakıda 17,3%, Naxçıvan MR-da 16,5%, Sabirabadda 15,3%, Göyçayda 13,9%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.


60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakıda qadın başına dəmir düşməsi nəticəsində ölüb
ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır
Sabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaq
Bakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıb
Türkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilib
Livanda iğtişaşlar 5 gündür davam edir

Bakıda qadın başına dəmir düşməsi nəticəsində ölüb

ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

Sabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaq

Bakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıb

Qadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək

Yaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıb

PIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu

Zakir Həsənov qadınları təbrik edib

Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.