• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?

25-11-2020, 00:23 | Baxılıb: 6
“Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifət hesab edir ki, 44 günlük döyüşləri uduzan, Ermənistanı ağır siyasi, sosial, iqtisadi və hərbi vəziyyətə salan baş nazir və hökumətin bundan sonra dövləti idarə etməyə haqqı çatmır. Odur ki “Ermənistan cəmiyyətini düşdükləri və uzun illərdir çıxa bilmədikləri bataqlıqdan kim və hansı qüvvə çıxara bilər” sualı təbii olaraq düşündürür. Müstəqillik əldə etdikdən sonra Ermənistanın başı Qarabağla bağlı boş-boş vədlərə və xülyalara qarışdı. Dövlət və cəmiyyət ələbaxan oldu.


Əslində, cəmiyyətin müəyyən hissəsi 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinə inanmışdı. Ancaq bu inamın da ömrü noyabrın 9-dək sürdü. Qərbin dəstəklədiyi Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə ümidləri doğrultmadı. Azərbaycan torpaqlarını danışıqlar yolu ilə həll etməkdənsə, müharibəyə girişdi. Nəticədə həm özü, həm dövləti, həm də ermənilik adlı faşist ideologiyası uduzdu. Başqa sözlə, Ermənistanda Qərb partiyası məğlub oldu. İndi və Ermənistan üçün ənənəvi olaraq gözlər Şimaldadır. Ona görə də Ermənistanda indi də Rusiyanı razı salacaq hökumətin qurulacağı gözlənilir.


Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 siyasi partiyanın nümayəndələri bu posta yeni namizəd irəli sürmək üçün Rusiya elitasının təmsilçiləri ilə fəal şəkildə müzakirə aparırlar. Ermənistanda çıxan “Joxovurd” qəzeti yazır: “Əldə etdiyimiz məlumata görə, 17 partiya əsasən Vazqen Manukyan, Artur Vanesyan və Qrant Baqratyanın namizədliyini müzakirə edib. Bizim ekspertlər bu namizədlərdən Vazqen Manukyana daha çox üstünük verir. Məlumatımıza əsasən, o, bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvada səfərdə olub. Ancaq bu, gələcəkdə onun Ermənistana baş nazir olacağı demək deyil. O, yeni azad və ədalətli seçkilər keçirilənədək hökumətə müvəqqəti olaraq başçılıq edəcək. Başqa sözlə, Manukyan qısamüddətli baş nazir olacaq. Bu müddət ərzində baş nazir Nikol Paşinyanın tərəfdarlarının sayının artıb-azalması da müəyyənləşəcək. Biz Vazqen Manukyanla bu məsələ ətrafında danışmaq istədik. Ancaq o, müsahibə vermək istəmədiyini bildirdi”.


Vazqen Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə Ermınistanın müdafiə naziri olub. 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.
Qrant Baqratyan 1958-ci il oktyabrın 18-də anadan olub. 1993-1996-cı illərdə Ermənistanın baş naziri vəzifəsində işləyib. Ermənistan parlamentinin üzvü olub. Rusiya Humanitar Akademiyasının akademikidir. İqtisadiyyatçıdır. “Azatutyun” Partiyasının sədridir.
Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Rusiyada təhsil almasına baxmayaraq, özünü baş nazir Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı, sonradan müxalifətə keçib. Hazırda Vətən Partiyasının sədridir.
Hələ ki Nikol Paşinyan istefa vermək fikirində olmadığını bildirir. Bir də Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və Nikol Paşinyandan qalma bu qədər yük altına kim girəcək? Bir qrup isə iddia edir ki, Paşinyan problemləri özü həll edib getməlidir. Hər halda Ermənistan yolayrıcındadır: qərbə inteqrasiya, yoxsa Rusiya ilə yola davam etmək.


6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Tramp indi nə işlə məşğul olur?
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI
XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI

XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb

Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Yardımlıda kafe sahibi Mərdan kimə güvənərək karantin qaydalarını pozur ?

ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıb

İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatd

Hirkan Milli Parkında yanğın davam edir

Bakının daha bir sülhə məcburetmə əməliyyatı - İrəvanda “qamçı” üçün darıxırlar...

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.