• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

ADBTİA-nın radiosu fəaliyyətə başladı

11-12-2020, 00:04 | Baxılıb: 63
“ADBTİA-nın radiosu fəaliyyətə başladı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Multimedia Mərkəzinin nəzdində olan ASAPES Gold radiosu fəaliyyətə başlayıb.
ADBTİA-dan verilən məlumata görə, daha əvvəl ASAPES Gold radiosu İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman jurnalistikası magistr proqramının tədris prosesində geniş tətbiq olunub.
Akademiyada start verən yeni layihə müxtəlif mövzuları işıqlandıracaq.
Bunlardan biri – “Qaliblər” layihəsi isə artıq start götürüb. Radionun bu layihə ilə başlanğıc götürməsinə səbəb 44 günlük Vətən müharibəsində ADBTİA-nın 60-dan çox tələbəsinin döyüşlərdə iştirak etməsidir.
Layihənin ilk qonağı olan Akademiyanın 5-ci kurs tələbəsi Elnur Əkbərov çıxışında döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qoşulduğunu, torpaqlarımızın düşmənin işğalından azad edilməsi uğrunda sonadək vuruşduqlarını, hər an xalqın dəstəyini və inamını hiss etdiklərini bildirib: “Xalqımızın Ordumuzun gücünə, cənab Ali Baş Komandanın verdiyi əmrə necə hörmət və inamla yanaşdığını döyüşlərə istiqamət aldığımızda anladıq. Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalibiyyət idi. Biz 44 günlük müharibənin nəticəsində bütün dünyaya Azərbaycan Ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik”.
Vətən müharibəsi qazisi döyüşlərin davam etdiyi günlərdə - Füzuli istiqamətində yaralandığını da qeyd edib: “Yaralandığım anda dərhal döyüş yoldaşlarım mənə köməklik göstərdi, döyüş meydanından təxliyə edildim. Necə ki, biz ön cəbhədə düşmən qarşısında sinəmizi sipər edib onlarla vuruşurduqsa, arxa cəbhədə də həkimlərimiz bizlər üçün əllərindən gəldiklərinin ən yaxşısını etməyə çalışdılar”.
Qeyd edək ki, qazi Elnur Əkbərov təhsil aldığı Akademiyanın Elmi-tədris laboratoriyasında reabilitasiya dövrünü keçir.


63

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlandı
Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi
Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi
Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək
Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarladılar
Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu

Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlandı

Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi

Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi

Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək

Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarladılar

Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu

Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır

Bakı, Sumqayıt və Abşeronda V-IX siniflər üzrə ənənəvi tədris qismən bərpa olunur

Orta ixtisas və peşə təhsili müəssisələrində praktiki məşğələlər bərpa edilir

Bu gündən ölkə ərazisində uşaq bağçalarının fəaliyyəti bərpa olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.