• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb - TƏFƏRRÜAT

2-06-2022, 10:03 | Baxılıb: 9
“Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb - TƏFƏRRÜAT

Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb.
"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub.
Həmçinin müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.
Toplanan mötəbər sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.


9

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Planetlərin paradı olub
Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişib
Ukrayna Rusiyanı Avropa Məhkəməsinə veribs
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Planetlərin paradı olub

Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb

Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Yol hərəkəti qaydalarına əməl etməyən əcnəbilərin sürücülük hüququ məhdudlaşdırılacaq

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

Azərbaycanın əsas müəllifi olduğu qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb

DTX rəisi BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.