• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Təqaüdçülərə kömək etmək adı ilə pulunu çıxarıb oğurlayan şəxslər saxlanılıb

19-04-2022, 10:04 | Baxılıb: 5
“Təqaüdçülərə kömək etmək adı ilə pulunu çıxarıb oğurlayan şəxslər saxlanılıb

Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib.
Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.
Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Araşdırma zamanı onların Ağcəbədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub.
Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar.
Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Planetlərin paradı olub
Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişib
Ukrayna Rusiyanı Avropa Məhkəməsinə veribs
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Planetlərin paradı olub

Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb

Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Yol hərəkəti qaydalarına əməl etməyən əcnəbilərin sürücülük hüququ məhdudlaşdırılacaq

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

Azərbaycanın əsas müəllifi olduğu qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Notariusların fəaliyyətindən tutulmuş vergilər üzrə büdcəyə 260 mln manat vəsait köçürülüb

DTX rəisi BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.