• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Azərbaycan tibbi maska ixracına hazırlaşır

25-11-2020, 00:26 | Baxılıb: 42
“Azərbaycan tibbi maska ixracına hazırlaşır

“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi bir neçə müddət bundan əvvəl tibbi maskalarını sata bilmirdi. Ehtiyatda 7 mln ədəd tibbi maska qalmışdı, lakin hazırda ehtiyatda olan maskaların sayı 3 mln-a enib. Tibbi maskalarımızın satışında 50 %-dən çox artım var”.
Bu barədə şirkətin rəhbəri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, müəssisədə hazırda istehsal prosesi davam edir: “Əməkdaşlarımız tibbi maska istehsal etməyə davam edirlər. Lakin biz ölkənin tibbi maskaya olan təlabatı artdığı üçün ehtiyat yığmağa çalışırıq. Bizim müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 0,12-0,17 qəpik arasıdır. Lakin bununla belə işbazlar ölkəyə bundan da ucuz maska gətirirlər. Təbii ki, bu, tibbi maskalar deyil, çünki onların qoruyucu effekti yoxdur”.
S.Babayeva ixracla bağlı məsələyə də münasibət bildirib: “İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübüt edən sertifikat almaq üçün müraciət etmişik. Biz bununla əlaqədar birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik. Qarşı tərəf bildirir ki, tibbi maskanın özündə heç bir problem aşkarlanmayıb. Hazırda isə qablaşdırma prosesinə baxış keçirilir. Yaxın günlərdə biz beynəlxalq sertifikat əldə edəcəyik. Bu sertifikat bizim xaricə məhsulumuzu satmağa imkan verəcək. İxracla bağlı müəssisəmizə müraciət edən ölkələr də var. Beynəlxalq sertifikatı aldıqdan sonra ixraca başlayacağıq”.
Qeyd edək ki, bu ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.


42

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Tramp indi nə işlə məşğul olur?
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI
XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI

XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb

Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Yardımlıda kafe sahibi Mərdan kimə güvənərək karantin qaydalarını pozur ?

ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıb

İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatd

Hirkan Milli Parkında yanğın davam edir

Bakının daha bir sülhə məcburetmə əməliyyatı - İrəvanda “qamçı” üçün darıxırlar...

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.