• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Rusiyaya pomidor və alma ixracına icazə verilən müəssisələrin sayı açıqlanıb

6-02-2021, 16:57 | Baxılıb: 6
“Rusiyaya pomidor və alma ixracına icazə verilən müəssisələrin sayı açıqlanıb

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.
Agentlikdən  verilən məlumata görə, aparılan danışıqlar çərçivəsində bu günədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub.
Təqdim olunan məlumatlar əsasında, bu günədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.
Qeyd edək ki, Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 131,8 %-i həcmindədir. Eyni zamanda pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 91,4 %-ni təşkil edir.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən istixanalarda onlayn rejimdə videomonitorinqlər davam etdirilir. Həyata keçirilən birgə tədbirlərin nəticəsilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İrana səfər etməyin şərtləri açıqlandı
Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu
Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək
Lənkəranda oğul atasını bıçaqlayıb
Azərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"
Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək

Lənkəranda oğul atasını bıçaqlayıb

Azərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"

Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"

İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"

“TikTok”un bənzərinin sınaqları başladı

Azərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcək

Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib

Stokholmda COVID-19-un üçüncü dalğası başlayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.