• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Ağ Şəhərdə ümumi uzunluğu 2 460 metr olan daha bir neçə küçə inşa edilib

24-12-2020, 00:20 | Baxılıb: 78
“Ağ Şəhərdə ümumi uzunluğu 2 460 metr olan daha bir neçə küçə inşa edilib

Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müxtəlif ölçülü 11 avtomobil yolu inşa edib.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu 4 hərəkət zolaqlı Qarabağ atları meydanı və Mərkəzi park küçləri, həmçinin 2 hərəkət zolaqlı 3,4 və 5-ci park küçələri, həmçinin qeyd olunan küçələrlə kəsişən və kəsişməyən digər küçələrdir.
Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılıb.
Qeyd olunan küçələrdə 220 min kubmetr torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələr boyu 16 min kv.m sahədə 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb.


Layihə çərçivəsində küçələrdə 16 min kv.m piyada səkisi inşa olunub, üzərlərinə 18 min kv.m tamet daşları döşənib. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 7.5 min paqon metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 350-dən çox müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 170 ədəd yol işıqlandırma dirəkləri quraşdırılıb.
Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edəcək. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcək.
Uzunluğu 480 metr, eni 37 metr olan 4 hərəkət zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib. Belə ki, Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılıb. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avto dayanacaq yerləri salınıb.


Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilib.
Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 12,7 km olan avtomobil yolu inşa edilərək təhvil verilib.
Ümumilikdə isə layihələr çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22.4 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar inşa edilməlidir. Yollar hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.


78

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İrana səfər etməyin şərtləri açıqlandı
Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu
Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək
Lənkəranda oğul atasını bıçaqlayıb
Azərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"
Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək

Lənkəranda oğul atasını bıçaqlayıb

Azərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"

Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"

İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"

“TikTok”un bənzərinin sınaqları başladı

Azərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcək

Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib

Stokholmda COVID-19-un üçüncü dalğası başlayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.