• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin etirazına münasibət bildirib

8-04-2021, 00:43 | Baxılıb: 2
“Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin etirazına münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl “BMH” MMC ilə əməkdaşlıq edən avtobus sürücülərinin, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibət bildirib.
Qurum bununla bağlı cavab olaraq bəyan edib ki, sözügedən şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Agentliyə müraciət edib:
"Onların müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.
“BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib. Bu məsələdən çıxış edərək bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini qeyd etmək istərdik. Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”.


2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır
DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib
Biləsuvarda müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi
Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi
Bu ölkədə hakim futbol matçını idarə etməyə iti ilə gedir
Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

Biləsuvarda müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü

Vətən Müharibəsi Qəhrəmanı: "Mən avar xalqının nümayəndəsiyəm. Bizim bir adımız var, biz azərbaycanlıyıq!"

“Albert Rıjiy” ləqəbli azərbaycanlı avtoritet Moskvada qətlə yetirilib

Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildi

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.