• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Saxta veteranlar və əlillər, sinə dolu medallar - AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmovun qanunsuzluqları

17-01-2021, 16:05 | Baxılıb: 236
“Saxta veteranlar və əlillər, sinə dolu medallar - AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmovun  qanunsuzluqları

Son dönəmlər saxta veteranlar, əlillər və ictimai təşkilatın pulla satdığı medallar keçmiş döyüşçülər arasında haqlı narazılığa səbəb olur.

Tədbirlərdə sinəsi medalla dolu şəxsləri görəndə adamın gözü önünə II Dünya Müharibə iştirakçıları gəlir. II Dünya Müharibəsi iştirakçıları döyüşərək, qələbə əldə edərək bu medallara layiq görülüblər. Bəs Azərbaycanda döyüş görməmiş, saxta veteranlıq almış, sinəsini 100-150 manata, bəzən tanışlıqla başa gələn medallarla dolduranlar hansı üzlə sinəsini irəli verir? Bunu anlamaq mümkün deyil.

“Hər hansısa ictimai təşkilat özü medal düzəltdirir, onu hazırladır və sonra da insanlara deyir ki, bu medal filan qiymətə başa gəlib, onun pulunu ödəyərək ala bilərsən. Bu qəbul edilməzdir və haqlı şəkildə bu hallar döyüşmüş, yaralanmış, can qoymuş insanlarda narazılıq doğurur. İctimai təşkilatlar bu cür medalları təkcə pulla satmır, özlərini şirin satmaq üçün icra başçılarına, deputatlara da verirlər. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  (AVMVİB) ölkənin ən iri veteran təşkilatı olaraq ölkədə böyük nüfuza sahib bir birlikdir. 


"Pulu olan istədiyini edir, imkansız olan öz haqqını ala bilmir"

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmovun Ağcabədidə bu cür qanunsuzluğa yol verməsi həqiqətən utancverici bir hadisədir. Ağcabədidə əsas işinin veteranların hüquqlarının qorunması, onların problemlərinin həllində yaxından iştirak etməsinin unudaraq, saxta yollarla medal satır.Rayon sakinləri bildirir ki, "pulu olan hər kəsə qanunsuz yolla medal satır, əsl Qarabağ qazilərinə, döyüşçülərinə isə pul vermədiyi üçün başından edir". 
Ağcabədi sakini, I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olan , məktəbdə biologiya müəllimi işləyən Əliyev Səfadan medal üçün 50 manat məbləğində pul istəyən AVMVİB-nin Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, imkansız sakinə qanuni olan medalını vermir.
Bir sözlə kimin adamı, pulu var qabaqdadır. Biz belə şeyləri qəbul eləmirik və çox böyük haqsızlıqdır. Ən azından bu cür medalların "50-100" manat arasında bir məbləğə satılması,ümumiyyətlə pulla satılması, veteranlara, qazilərə, şəhidlərə və onların ailələrinə bir başa hörmətsizlikdir. Bu bir başa dövlətə xəyanət,ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etməkdir. Korrupsiya hallarına yol verən AVMVİB-nin Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, ümid edirik ki, aidiyyəti olan qurumlar tərəfindən araşdırılacaq və lazımi  tədbirlər görüləcək.



236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlandı
Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi
Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi
DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib
“Aztelekom”un baş direktoruna daha bir müavin təyin edilib
Bakıda 55 min manatlıq dələduzluq edən ata və oğula cinayət işi açılıb

Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlandı

Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi

Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

“Aztelekom”un baş direktoruna daha bir müavin təyin edilib

Bakıda 55 min manatlıq dələduzluq edən ata və oğula cinayət işi açılıb

“Azərpoçt”un rəhbəri dəyişib

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Cozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək

Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarladılar

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.