• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

24-06-2022, 09:56 | Baxılıb: 10
“İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elməddin Əliyevlə bağlı qərar çıxarılıb və ona bəraət verilib.
Bu barədə "Report"a onun vəkili Elvin Yusifov bildirib.
O qeyd edib ki, bəraət hökmü Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev 2020-ci ilin sentyabrında rayon polis şöbəsinə (RPŞ) ərizə ilə həmyerlisi Elməddin Əliyevin onu şantaj edərək 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar zamanı E.Əliyevin İmişli rayonunun Otuziki kəndində yerləşən "Mal-qara" bazarında mobil telefonla çəkərək "Youtube" sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün "Mal-qara" bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj yolu ilə 8000 manat tələb etdiyi məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Əliyev 6 il müddətinə azadlıqdan mərhum edilib.


10

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda Milli Mətbuat Günüdür
Bakıdan Naxçıvana yeni avtobus reysi açılır
Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib
“Amazon” 3,9 milyard dollara tibbi şirkət alıb
Vatsapda yeni funksiya yaranıb
Hacıqabulda yol polisinə hücum olub

Azərbaycanda Milli Mətbuat Günüdür

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib

Vatsapda yeni funksiya yaranıb

"Son illər yay depressiyası geniş yayılıb" - AÇIQLAMA

"COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfə artıb

Ağcabədidə qardaş bacısını qətlə yetirib

Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb

MİQ suallarını hazırlayan müəllif məxfiliyi pozaraq hazırlıq mərkəzinə məlumat ötürüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.