Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Yardımlı rayonunda meşəlik sahələrdə yerləşən kafeləri bir çoxumuz yəqinki tanıyırıq. Çox maraqlıdır ki, pandemiyanın ölkəmizdə tüğyan edən bir vaxtında, dövlətimizin xüsusi karantin rejimini elan etdiyi və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq Yardımlıda,həmin sözügedən meşəlik ərazisində yerləşən kafelərin sahibi Mərdan adlı bir sahibkarın kafelərinin fəaliyyət göstərməsi, kütləvi şəkildə vətəndaşlara şərait yaradaraq karantin qaydalarını pozmasını kimə güvənərək edir ? Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayevin məgər bu qanunsuzluqlardan xəbəri yoxdur ? Xəbəri varsa nəyə görə belə bir vəziyyətə göz yumur ? Bu sahibkarları qanundan üstün tutan nədir və yaxud kimdir ?
Biz inanırıq ki aidiyyəti qurumlar bu cür qanunsuzluqların səbəbini araşdıracaq. Puluna güvənən, qanundan qorxmayan, kimlərsə arxalanaraq qanunsuz əməllərindən qalmayan bu sahibkar cəzalandırılacaq.

69