• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Azərbaycanda məhkəmə müğənniyə bəraət verib

26-03-2021, 00:19 | Baxılıb: 14
“Azərbaycanda məhkəmə müğənniyə bəraət verib

Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
Sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.
Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, müğənni E.Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib: “Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğənninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər”.
Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


14

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır
DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib
Biləsuvarda müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi
Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi
Bu ölkədə hakim futbol matçını idarə etməyə iti ilə gedir
Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

Biləsuvarda müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü

Vətən Müharibəsi Qəhrəmanı: "Mən avar xalqının nümayəndəsiyəm. Bizim bir adımız var, biz azərbaycanlıyıq!"

“Albert Rıjiy” ləqəbli azərbaycanlı avtoritet Moskvada qətlə yetirilib

Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildi

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.