• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Goranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarılıb

19-01-2022, 12:32 | Baxılıb: 10
“Goranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarılıb

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Goranboydakı Xanarx suvarma kanalının 30 illik fasilədən sonra istismara qaytarıb.
Bu barədə "Report"a qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, səhmdar cəmiyyətinin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalının sahillərinə beton üzlük çəkib və kanal uzun illərdən sonra Suqovuşan su anbarı ilə əlaqələndirilib. Artıq onunla 6 300 hektar əkin sahəsini suvarmaq mümkün olacaq.
İdarə Yevlax rayonunda da su itkisinin qarşısının alınması və suyun fermerlərə itkisiz olaraq çatdırılması məqsədilə torpaq məcralı Qum kanalını beton üzlüyə alıb. Rayonun iki kəndi ərazisində mövcud olan əkin sahələrini suvarma suyu ilə təmin edən kanalın beton üzlüyə alınması ilə su itkisi minimuma endirilib. Növbəti suvarma mövsümündə su istifadəçiləri sudan daha asan istifadə edə biləcəklər.
Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Yevlax və Goranboy rayonları ilə yanaşı ötən il İsmayıllı rayonunda da Aşıqbayramlı Su Anbarının təmir-tikintisini, Şamaxı rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınmasını, Ağdaş rayonu ərazisində torpaq məcralı kanalın lildən təmizləməsini və Göyçay rayonunun eyniadlı çayında çayın məcrasının genişlənərək ətraf ərazilərə ziyan vurmaması üçün sahil bərkitmə və bənd işləri həyata keçirilib.


10

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Zelenski: "Müharibənin son mərhələsi başlayıb"
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib
Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb
Ukrayna Prezident Ofisi: "Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil"

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək - EKSKLÜZİV

Azərbaycandakı şirkətlərin 40%-i Qarabağ və Şərqi Zəngəzura pul qoymaq istəyir

Polis şöbəsində arvadını güllələyən serjant apellyasiya şikayəti verib

İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Keçmiş MTN əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Diaspor təşkilatının qazilərə hədiyyə etdiyi əlil arabaları əlindən alınır

ÜST: 22 ölkədə naməlum mənşəli hepatit aşkarlanıb

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.