• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hərbi
  • İqtisadiyyat
  • Biznes
  • Turizm
  • İKT
  • İnfrastruktur
  • Cəmiyyət
  • Hadisə
  • Digər
    • Sosial Müdafiə
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Ekologiya
    • Din
    • Media
    • İdman
    • Mədəniyyət
    • İncəsənət
    • Şou-biznes
    • Dünya
    • Bölgə
    • Analitika

Azərbaycanda 135 mindən çox vergi ödəyicisi dövlət dəstəyi üçün müraciət edib

28-05-2020, 12:37 | Baxılıb: 32
“Azərbaycanda 135 mindən çox vergi ödəyicisi dövlət dəstəyi üçün müraciət edib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 557 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 108 216 fərdi (mikro) sahibkar, ümumilikdə 135 773 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 313 işçini əhatə edən 27 557 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 93,95 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği isə 47 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 682 vergi ödəyicisinə 199 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 69,1 milyon manat vəsaitin köçürülməsini təmin edib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 100 690 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 58,5 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 55,95 milyon manat vəsaitin 95 271 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.


32

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Tramp indi nə işlə məşğul olur?
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI
XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb
Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI

XİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb

Azərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb

Yardımlıda kafe sahibi Mərdan kimə güvənərək karantin qaydalarını pozur ?

ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıb

İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatd

Hirkan Milli Parkında yanğın davam edir

Bakının daha bir sülhə məcburetmə əməliyyatı - İrəvanda “qamçı” üçün darıxırlar...

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə

Sosial Keçidlər

  • Facebook
  • Instagram
  • Youtube

Əlaqə

  • Mehman Yusif oğlu Dadaşov
  • (+994)70 969 76 75
  • [email protected]
© SonxeberTv.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.
Şahidi olduğunuz maraqlı fakt yaxud da hadisəni çəkərək Whatsapp, Telegram və yaxud Facebook vasitəsi ilə bizə göndərə bilərsiniz. Üzləşdiyiniz problemləri işıqlandırıb, sizə əlimizdən gələni etməyə hazırıq.